Azarkeşlər taksi sürücüsünün zorakılığının qurbanı olub

Avropa Liqasının 1/4 final mərhələsində Rusiyanın MOİK klubunun qonağı olacaq İngiltərə “Arsenal”ının iki azarkeşi Moskvada taski sürücüsünün zorakılığının qurbanı olub.
“Report” xəbər verir ki, bu barədə BBC-nin müxbiri Sara Reynsford şəxsi “Twitter” hesabında yazıb. Taksi sürücüsü Lubyankadan Pyatnitskaya küçəsinə apardığı fanatlardan 10 min rubl (222 manat) tələb edib. Lakin fanatlar 4 km məsafə üçün bu məbləği ödəməyə razı olmayıblar.
Pulu ala bilməyən sürücü ingiltərəli azarkeşləri taksidə bağlı saxlayıb və onun lisenziyasının şəklini çəkməyə imkan verməyib. Çıxılmaz vəziyyətdə qalan qonaqlar 10 min rubl ödəməli olublar.
Qeyd edək ki, bu gün MOİK-lə “Arsenal” arasında keçiriləcək cavab oyunu Bakı vaxtı ilə saat 23:05-də başlayacaq. İlk qarşılaşma İngiltərə təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












