Azərbaycan aviaşirkəti Çinin daha bir şəhərinə reys açır
Gündəm
21 Sentyabr 2018 16:24

“Bu reys strateji boşluğu aradan qaldıracaq”
Azərbaycanın yük aviadaşıyıcısı “Silk Way West Airlines” Bakıdan Çinin böyük şəhərlərindən biri Tyanszinə yeni reys açır. Avtosfer.az-ın "Report"a istinadən məlumata görə, aviaşirkət Tyanszinə yeni reysi həftədə iki dəfə - cümə və bazar günləri yerinə yetirəcək. Bu marşrut aviaşirkətin Bakıdakı yerli habını Şimali Çində aparıcı sənaye mərkəzlərindən biri ilə birləşdirəcək. “Bu reys strateji boşluğu aradan qaldıracaq və sürətlə inkişaf edən Şimali Çində yük aviadaşımaları xidmətlərinin tam spektrini göstərməyə imkan verəcək. Xüsusilə, şərq və qərb istiqamətlərində maşınqayırma və aviasiya sənayesi sahəsində mallaraböyük tələbat var”, - deyə "Silk Way West Airlines"ın prezidenti və icraçı direktoru Volfqanq Meyer bildirib.
Oxunub : 2499
DİGƏR XƏBƏRLƏR
16 Oktyabr 2026 20:14
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
16 Oktyabr 2026 18:03
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
16 Oktyabr 2026 17:16
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
16 Oktyabr 2026 14:48
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
16 Oktyabr 2026 13:18
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
16 Oktyabr 2026 12:00
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
16 Oktyabr 2026 08:48
Bu yollarda tıxac var - SİYAHI
15 Oktyabr 2026 18:35
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
15 Oktyabr 2026 18:05
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
15 Oktyabr 2026 17:46
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
15 Oktyabr 2026 17:16
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
15 Oktyabr 2026 15:18
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
ŞƏRH YAZ












