"Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilib" - Prezident

"Biz ulu öndərin yolu ilə gedərək güclü iqtisadiyyat qura bilmişik". Avtosfer.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki çıxışında deyib. Dövlət başçısı qeyd edib ki, son 15 il ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə olmayıb: "Bizim iqtisadiyyatımız üç dəfədən çox artıb. Aparıcı beynəlxalq təşkilatlar, Davos İqtisadi Forumu Azərbaycanı rəqabət qabiliyyətliliyinə görə dünyada 35-ci yerə layiq görüb, inkişaf edən ölkələr arasında isə biz 3-cü yerdəyik. Bizim çox böyük iqtisadi resurslarımız var. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 5 dəfə böyükdür".
Azərbaycanda yoxsulluqla, işsizliklə mübarizə gözəl nəticələr verir: "Bu böyük sosial problemlərin həlli işində böyük uğurlar əldə edilib. Biz energetika, nəqliyyat sahələrində tarixi layihələr icra etmişik və onların icrası davam edir. Biz ölkə daxilində enerji təhlükəsizliyi ilə bağlı məsələləri tam şəkildə həll etdik. Gələcəkdə Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılması ilə bağlı böyük layihələrin başa çatması gözlənilir".
Dövlət başçısı qeyd edib ki, Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilib: "Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri bizim böyük sərmayələrimizlə həyata keçirilir və bu istiqamətdə hələ də həllini tapmamış məsələlər mütləq öz həllini tapacaq. Biz bütün istiqamətlərdə uğurla inkişaf edirik. Bizim inkişafımızın təməlində ulu öndər Heydər Əliyev siyasəti dayanır. Biz bu siyasətə sadiqik, biz tutduğumuz yoldan dönməyəcəyik, daim irəli gedəcəyik".
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO












