Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin institutu yaradılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeçiliyində Elmi-Tədqiqat Layihə İnstitutu yaradılıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib. S.Məmmədovun sözlərinə görə, həmin institutun tərkibində tədris kombinatları yaradılıb: "Biz bölgələrdən işə götürülən sürücü və digər işçiləri institutda təşkil olunan kurslara cəlb edirik. Bölgələrdən gələn həmin şəxsləri biz burda yataqxana ilə də təmin edirik. Kursdan sonra həmin işçilər mütəxəssislərimiz tərəfindən yoxlanılır. Əgər onların işi bizi qane etməsə, yenidən kurslara göndəririk. Yəni yoldan anlayışı olmayan insanları işə cəlb etmirik". Qurum rəhbəri bildirib ki, Dövlət Agentliyində işə qəbulda əsasən gənclərə üstünlük verilir: "Agentliyin 14 min işçisi var ki, onlardan 25-30 faizini gənclər təşkil edir".
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












