Azərbaycan Beynəlxalq Nəqliyyat Forumuna sədrlik edəcək

Azərbaycan 2025-2026-cı illər üzrə Beynəlxalq Nəqliyyat Forumuna (ITF), eləcə də 2026-cı il mayda Almaniyanın Leypsiq şəhərində keçiriləcək sammitə sədrlik edəcək.
Avtosfer.az xəbər verir ki, dünyanın nəqliyyat nazirlərinin ən böyük toplantısına hazırlıq çərçivəsində ITF-nin baş katibi Yanq Ta Kim Fransaya səfəri zamanı Azərbaycanın bu ölkədəki səfiri Leyla Abdullayeva ilə görüşüb.
Görüş zamanı Yang Ta Kim Azərbaycanın Forum çərçivəsində həyata keçirdiyi sədrlik fəaliyyətini yüksək qiymətləndirib. O, xüsusilə Azərbaycan tərəfindən hazırlanmış və sammit zamanı Nəqliyyat Nazirləri Şurasına təqdim ediləcək iki siyasət tövsiyəsini vurğulayıb.
Öz növbəsində Leyla Abdullayeva ITF-in nəqliyyat siyasəti sahəsində qlobal platforma kimi mühüm rolunu qeyd edib. O bildirib ki, Forum xüsusilə təchizat zəncirlərinin rəqəmsallaşdırılması və əlaqələndirilməsinin inkişafında mühüm əhəmiyyət kəsb edir.
Səfir, həmçinin Azərbaycanın Orta Dəhliz üzrə həyata keçirdiyi təşəbbüslərin bu istiqamətdə mühüm rol oynadığını vurğulayıb və ölkəmizin sədrliyi dövründə ITF-in qlobal nəqliyyat dialoqunda aparıcı mövqeyinin daha da gücləndirilməsinə tam dəstək verdiyini ifadə edib.
İTF-nin baş katibi Novruz bayramı münasibətilə Azərbaycan xalqına və bu bayramı qeyd edən bütün xalqlara təbriklərini çatdırıb.
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












