Azərbaycan daha 1600 yeni vaqon alacaq

Azərbaycan daha 1600 yeni vaqon almağı planlaşdırır. Avtosfer.az “Trend”ə istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin Tarif siyasəti və marketinq üzrə şöbə rəisi Əli Qasımov deyib.
Şöbə rəisi qeyd edib ki, hazırda Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında fəal iştirak edir.
Ə.Qasımov deyib: "Şərq-Qərb" dəhlizinin bir hissəsi olan Bakı-Böyük Kəsik dəmir yolunun 503 kilometri təmir olunub. 23 stansiyada yeni avadanlıq quraşdırılıb, 3100 yeni vaqon alınıb, əlavə olaraq 50 yeni lokomotiv və 1600 vaqon alınması da planlaşdırılır".
Şöbə rəisinin sözlərinə görə, dəmir yolu parkının yenilənməsi, infrastrukturun modernləşməsi və rekonstruksiyası yükdaşımalarda sürəti, təhlükəsizliyi və daha qısa vaxt ərzində yüklərin çatdırılmasını təmin edəcək.
Ə.Qasımov əlavə edib: "Bu, həmçinin beynəlxalq nəqliyyat dəhlizləri ilə yükdaşımalarını asanlaşdıracaq və daha artıq yükdaşımaları cəlb etməyə imkan verəcək".
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












