"Azərbaycan Dəmir Yolları" QSC-də yeni vakansiyalar

“Azərbaycan Dəmir Yolları” QSC-də insan resursları potensialının yüksək ixtisasa və müasir dünyagörüşünə malik mütəxəssislər hesabına gücləndirilməsi ilə bağlı görülən tədbirlər çərçivəsində işə qəbulun mərkəzləşdirilmiş və kollegial qaydada obyektiv və şəffaf prosedurlarla vahid mexanizm əsasında həyata keçirilməsi məqsədilə yeni işə qəbul sistemi formalaşdırılıb. QSC-dən Avtosfer.az-a verilən məlumata görə, "Azərbaycan Dəmir Yolları"nda sahə üzrə geniş təhlillər aparılaraq müasir beynəlxalq təcrübəyə və nəzəri əsaslara uyğun olaraq işə qəbul qaydaları hazırlanıb və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin müvafiq əmri ilə təsdiq edilib. “Azərbaycan Dəmir Yolları” QSC üzrə elan edilmiş vakansiyalara namizədlər rəsmi internet səhifəsinin (www.ady.az) “Karyera” bölməsinə daxil olmaqla müraciət edə bilərlər. Müraciət edən namizədlər ilk öncə vakansiyanın təsviri forması ilə tanış olmalı və işə qəbul üzrə müraciət formasını doldurmaqla göndərməlidir. “Azərbaycan Dəmir Yolları” QSC-də müsabiqə bir qayda olaraq, qulluqçu vəzifələri üzrə test və müsahibədən və fəhlə peşələri üzrə isə test və peşə imtahanından ibarət müsabiqə yolu ilə həyata keçirilir.
Namiq
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












