Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyası yaradılıb

İqtisadiyyat Nazirliyi bu gün Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının təsis edilməsi ilə bağlı tədbir keçirib. Bu barədə Avtosfer.az-a Nazirlikdən bildirilib. Məlumata görə, Bakı Biznes Mərkəzində keçirilmiş təsis yığıncağında çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib ki, dövlət - sahibkar münasibətlərinin genişləndirilməsi, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin əlaqələndirilməsi və müvafiq sahənin inkişafı ilə bağlı təkliflərin hazırlanması məqsədilə indiyədək 20-ə yaxın sahəvi assosiasiya yaradılıb və uğurla fəaliyyət göstərirlər. N.Səfərov Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının sənaye müəssisələri arasında əməkdaşlığın qurulması baxımından əhəmiyyətli olacağını, İqtisadiyyat Nazirliyinin assosiasiyaların fəaliyyətini dəstəkləyəcəyini vurğulayıb.
İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev və İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin müdir müavini Fikrət Qurbanov Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının gələcək fəaliyyəti, bu sahədə qabaqcıl beynəlxalq təcrübə barədə fikirlərini bölüşüblər.
Tədbirdə çıxış edən “Asena Ko” MMC-nin direktoru Vahid Hümmətov, “ATEF Şirkətlər Qrupu”nun İdarə Heyəti sədrinin müavini Nadir Kərimov və “Bakı Polad Burazlar” ASC-nin İdarə Heyətinin sədri Zakir Nəsirov maşın və avadanlıq istehsalı sahəsində Assosiasiyanın təsis olunmasının sənaye müəssisələrinin fəaliyyətinin təşkili, korporasiya əlaqələrinin günişləndirilməsi və birgə əməkdaşlıq baxımından əhəmiyyətli olacağını qeyd ediblər.
Tədbirdə təşkilati məsələlər müzakirə olunub, Assosiasiyanın nizamnaməsi təsdiq edilib, İdarə Heyətinin üzvləri seçilib. “Azərmaş” ASC İdarə Heyətinin sədri Emin Axundov Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədri seçilib.
Fidan
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










