Azərbaycan Milli Kitabxanasında ən qədim kitabın 444 yaşı var - VİDEO

Azərbaycan Milli Kitabxanasının ən qədim kitabı 1573-cü ilə aiddir. Avtosfer.az xəbər verir ki, latın dilində olan bu əsər Hollandiyada çap edilib. Bundan başqa kitabxanada 1920 ci ilə qədər çap edilmiş 5 minə yaxın kitab saxlanılır. Məhz bu qədim eksponantlara görə turistlərinkitabxanaya marağı böyükdür. 445 il əvvəl çap edilən bu kitab indi Azərbaycan Milli Kitabxanasının ən qədim ekponatıdır. Bu kitab hələ sovet dövründən əvvəl ölkəmizə gətirilib. Nadir Kitablar və Kitabxana muzeyi şöbəsinin müdiri Gülsəyidə Abdullayevanın sözlərinə görə bu və bunun kimi digər kitablar xüsusi qaydada qorunur, onlara toxunulmasına icazə verilmir. Kitabaxanada saxlanılan ikinci ən qədim kitab isə 423 il əvvəl nəşr edilib. Almanca olan bu kitabda isə Osmanlı İmperyasından bəhs edilir. Gülsəyidə Abdullayevinin sözlərinə görə hazırda Milli kitabxanada1920- ci ilə qədər çap edilən 5 minə yaxın nəşr saxlanılır.Qədim kitabların çoxluğu səbəbindən bura turistlərində marağı böyükdür.Ən çox maraq isə Azərbaycan klassik ədəbiyyatı nümunələrinədir. Qeyd edək ki, burada saxlanılan kitabların 95 % elektronlaşdırılıb və istənilən şəxs onlardan rahatlıqla istifadə edə bilər.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












