“Azərbaycan nəqliyyat qovşağı yaxın illərdə daha da möhkəmləndirəcək”

Yaxın bir neçə il ərzində Azərbaycan neft-qaz sənayesindən böyük gəlirlərin əldə olunduğu iqtisadiyyatdan qeyri-xammal sektoruna yönəlmiş iqtisadiyyata keçid məqsədilə ixracın diversifikasiyası məsələsini həll edəcək.
Avtosfer.az xəbər verir ki, bunu Trend-ə rusiyalı politoloq, Moskva Dövlət Universiteti nəzdində Postsovet məkanının tədqiqi İnformasiya-Analitika Mərkəzinin direktor müavini Aleksandr Karavayev deyib.
Ekspertin fikrincə, əsas inkişaf üç istiqamətdə - aqrar sənaye, logistika və nəqliyyat kommunikasiyaları, eləcə də kiçik və orta biznesin dəstəklənməsi sahəsində davam edəcək:
"Nəqliyyat kommunikasiyalarının inkişafı Azərbaycanın nəqliyyat qovşağına çevrilməsi məcrasında davam edəcək".
A.Karavayevin sözlərinə görə, çox vacib inkişaf xətti kiçik və orta biznesin dəstəklənməsidir, çünki ixrac potensialının əsası məhz bu səviyyədə qoyulur:
“Beynəlxalq bazarlara ağır sənayedə fəaliyyət göstərən iri şirkətlər vasitəsilə çıxış əldə etmək çətindir. Azərbaycan iki istiqaməti ilə - neft və aqrar sənaye sahələri ilə tanınır. Elə bu iki sahə üzrə də böyük uğurlara nail olmaq olar. Bunun üçün bu sahələrin inkişafını doğru istiqamətə yönləndirmək kifayətdir”.
Rusiyalı politoloq onu da əlavə edib ki, gələcəkdə ölkə idarəetməsində və ümumilikdə iqtisadiyyatda islahatlar gözlənilir:
“Nazirliklərin formatları dəyişdirilir, yeni agentliklər yaranır, qurumlar birləşir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi iki nazirliyin birləşdirilməsi yolu ilə yaradılıb. Bu qurumlar məhsulu elektron ticarət platformalarına çıxarmağa imkan verən sistemin yaradılması və nəqliyyat və logistikanın bir qurumdan idarə olunması məqsədilə birləşdirilib”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












