“Azərbaycan Nəşriyyatı” bağlandı

“Azərbaycan Nəşriyyatı” əsaslı təmir-bərpa işləri ilə əlaqədar fəaliyyətini müvəqqəti olaraq dayandırıb”. Avtosfer.az xəbər verir ki, bu barədə “Yeni Sabah”a qurumdan məlumat verilib.
Bildirilib ki, nəşriyyatın yerləşdiyi binanın texniki vəziyyətinin yaxşılaşdırılması, təhlükəsizlik standartlarına cavab verməsi və müasir iş şəraitinin yaradılması məqsədilə genişmiqyaslı təmir işlərinin həyata keçirilməsi planlaşdırılır:
“Bu səbəbdən hazırda binada fəaliyyət göstərən qəzet redaksiyalarına və müxtəlif təşkilatlara martın 1-dək möhlət verilmişdi və onların müvəqqəti olaraq başqa ünvanlara köçmələri tələb olunmuşdu. Demək olar ki, hamı başqa ünvana köçüb və bütün otaqlar boşaldılıb”.
Qeyd edilib ki, “Azərbaycan Nəşriyyatı” təmir-bərpa işləri başa çatdıqdan sonra fəaliyyətini əvvəlki qaydada davam etdirəcək:
“İndiyədək binada yerləşən qəzet və təşkilatların təmirdən sonra yenidən nəşriyyata qayıtmasına icazə verilib-verilməyəcəyinə gəlincə, bu barədə qərar onların özləri verməlidir”.
“Azərbaycan Nəşriyyatı”da təmir işlərinin nə vaxt başlayacağı və başa çatacağı isə hələ dəqiq bilinmir.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












