“Azərbaycan Nəşriyyatı”nda işlər başlayır

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Azərbaycan Nəşriyyatı” Məhdud Məsuliyyətli Cəmiyyəti tikinti və elektrik materiallarının alınması üzrə satınalma həyata keçirib. Avtosfer.az Modern.az-a istinadən xəbər verir ki, satınalmanın qalibi “Direct Line Trading” MMC olub. Məlumata görə, müqavilənin dəyəri 70 000 manat təşkil edir. Satınalma bir mənbə üsulu ilə həyata keçirilib. Müqavilə 6 aprel 2026-cı il tarixindən qüvvəyə minib və 31 dekabr 2026-cı il tarixinədək davam edəcək.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən aparılan vizual texniki baxış zamanı nəşriyyatın 9 mərtəbəli binasında ciddi problemlər aşkar edilib. Bildirilib ki, uzun illər əsaslı təmir aparılmadığı üçün binanın əsas yükdaşıyan konstruksiyalarında, su-kanalizasiya və elektrik xətlərində qüsurlar yaranıb, liftlərin texniki vəziyyəti isə qənaətbəxş deyil. Mövcud vəziyyətin təhlükəli olduğu nəzərə alınaraq, binada əsaslı təmirin zəruri olduğu vurğulanıb və işlərin miqyasının genişliyi səbəbindən binanın istismarı ilə paralel aparılmasının mümkün olmadığı qeyd edilib. Bu səbəbdən fevralın 1-dən etibarən binanın istismarının dayandırılması barədə qərar qəbul olunub.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












