Azərbaycan ordusu dünyanın ən güclüləri arasında - VİDEO

Azərbaycan dünyanın ən güclü ordularının reytinqində yüksəlib. Dünyanın ən məşhur təşkilatının hesabatında Azərbaycan ordusunun sayı, habeləsilahlı qüvvələrin sərəncamında olan texnika haqqında məlumat verilib .
Azərbaycan dünyanın ən güclü orduları sırasında 5 pillə irəliləyərək 53-cü yerdə qərarlaşıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Global Firepoəer" təşkilatının hesabatında qeyd edilib. Hesabatda deyilir ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin sərəncamında 18 qırıcı, 29 hücum, 83 nəqliyyat, 19 təlim təyyarəsi və 93 helikopter Silahlı Qüvvələrin silahlanmasında isə 520 tank, 1590 zirehli texnika, 359 artilleriya qurğusu, 191 Reaktiv Yaylım Atəşi Sistemi var. Hərbi ekspertlər Azərbaycan ordusunda dünyanın ən müasir silahlarından istifadə edildiyini bildirir.
Hesabatda bildirilir ki, Azərbaycan ordusunun sayı 374 500 nəfərdir, səfərbərlik zamanı isə 3 750 000 nəfər hərbi xidmətə çağırıla bilər..
Bu reytinq cədvəlində Ermənistan isə 84-cü pillədə qərarlaşıb. İlk üçlüydə isə ABŞ, Rusiya və Çin yer alıb.
Qeyd edək ki, "Global Firepower Index" reytinqi dünyada ən məşhur və nüfuzlu reytinq hesab edilir. GFP məlumat bazasının məqsədi dünya silahlı qüvvələri haqqında informasiya toplamaq, təhlil və çıxarışlar etməkdir.
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
Bu yollarda tıxac var - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI










