Azərbaycan Rusiya və İranla yeni dəhliz yaradır

İranda səfərdə olan Azərbaycanın energetika naziri Pərviz Şahbazov mayın 7-də bu dövlətin energetika naziri Reza Ardakanian ilə görüşüb. Avtosfer.az xəbər verir ki, görüşdə iki ölkənin enerji sistemləri arasında həyata keçirilən elektrik enerjisi mübadiləsi, elektrik enerjisinin satışı ilə bağlı görülən tədbirlər, “Xudafərin” və “Qız qalası” hidroqovşaqları, eyni zamanda, “Ordubad” və “Marazad” Su Elektrik Stansiyalarının tikintisi ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb. Bu istiqamətdə görülən işlər, eləcə də bu yaxınlarda İranın enerjinin istehsalı, ötürülməsi və paylanması üzrə şirkəti “TAVANİR” ilə “Azərenerji” ASC arasında elektrik enerjisinin alqı-satqısı üzrə müqavilənin imzalanması elektroenergetika sahəsində əməkdaşlığı dərinləşdirən addımlar kimi qiymətləndirilib.
Görüşdə, həmçinin, Azərbaycan-İran-Rusiya arasında elektrik enerjisi dəhlizinin yaradılması da müzakirə edilib. Üç ölkə arasında elektrik enerjisi sistemlərinin birləşdirilməsinin optimal variantının müəyyənləşdirilməsi üçün davamlı müzakirələrin məqsədəuyğunluğu qeyd edilib.
Görüş zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov da iştirak edib.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












