Azərbaycan şirkətlərinin İran ərazisində dəmir yolu sahəsinin tikintisində iştirak şərtləri açıqlanıb

Azərbaycan şirkətlərinin İran ərazisində Astara-Rəşt dəmir yolu sahəsinin tikintisi layihəsində iştirakı 50 faizə yaxın olacaq. Bunu Trend-ə Azərbaycan İqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.
O qeyd edib ki, bu sahə "Şimal-Cənub" nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq:
"Azərbaycanla İran arasında imzalanmış kredit sazişinin şərtlərinə əsasən Azərbaycan şirkətləri bütün işlərin 49 faizini icra edəcək". Nazir müavini bildirib ki, "Şimal-Cənub" nəqliyyat dəhlizinin tam gücü ilə işləməsi üçün layihənin bütün marşrutu boyunca dəmiryol infrastrukturunu təşkil etmək vacibdir:
"Layihənin birinci mərhələsinin yekunlarına əsasən Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu, Astaraçay üzərində körpü, İranda quru yüklərin yükləmə-boşaltma terminalı istifadəyə verilib. Görülən işlər bizə yükləri şimal ölkələrindən dəmir yolu ilə İranın Astara şəhərinə daşımağa imkan verir. Oradan yüklər digər nəqliyyat növləri ilə Rəştə və İran limanlarına çatdırılacaq. Amma layihənin potensialının tam reallaşdırılması üçün yüklərin dəmir yolu ilə daşınmasını təmin etmək lazımdır. Beləliklə, tarixdə ilk dəfə yüklərin Fars körfəzindən Şimali Avropaya vahid nəqliyyatla daşınması təmin olunacaq. Ona görə də Azərbaycan tərəfindən ayrılan kredit hesabına tikiləcək Astara-Rəşt sahəsi çox vacibdir".
S.Babayev əlavə edib ki, perspektivdə "Şimal-Cənub" nəqliyyat dəhlizi Bakı-Tbilisi-Qars dəmir yolu ilə birləşdirilə bilər:
"Bu, Fars körfəzini Şərqi Avropa ilə birləşdirəcək çox perspektivli layihədir. Bu ölkələr arasında ticarət dövriyyəsi milyardlarla dollarla ölçülür. Bu layihə Azərbaycana öz ərazisindən təkcə birinci mərhələdə ildə 3-4 milyon yükün tranzitini təmin etməyə imkan verəcək".
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
Bu yollarda tıxac var - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI










