Azərbaycan SOCEA-ya sədrlik edəcək - FOTO

Almatıda Avropa və Asiya üzrə Regional Hava Naviqasiya Təhlükəsizliyi Koordinasiya Platformasının (SOCEA) Baş Assambleyası keçirilib.
Bu haqda Avtosfer.az-a “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, bu mühüm beynəlxalq forum Avropa və Orta Asiyanın müxtəlif ölkələrindən olan aeronaviqasiya xidmət təminatçılarını (ANSP) bir araya gətirərək uçuşların təhlükəsizliyi, hava hərəkəti axınlarının koordinasiyası və regional hava məkanının rəqəmsal inteqrasiyası üzrə birgə həllərin hazırlanmasına xidmət edir.
Azərbaycanı tədbirdə AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) təmsil edir. AZANS hökumətlərarası əməkdaşlığın genişləndirilməsi və ölkəmizin Avrasiya aeronaviqasiya arxitekturasındakı rolunun möhkəmləndirilməsi istiqamətində ardıcıl fəaliyyətini davam etdirir.
Almatı Baş toplantısında “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin direktoru SOCEA-nın Prezidenti seçilib və təşkilatın sədrlik səlahiyyətləri rəsmi olaraq Türkiyədən Azərbaycana ötürülüb. Bu addım Azərbaycanın Avrasiya miqyasında təhlükəsiz, qarşılıqlı uyğunlaşdırılmış və texnoloji baxımdan inkişaf etmiş hava məkanının formalaşdırılmasındakı aparıcı rolunun beynəlxalq səviyyədə tanınmasını bir daha təsdiqləyir.
SOCEA platforması 2023-cü ildə Azərbaycan və Türkiyənin təşəbbüsü ilə yaradılıb və fəaliyyətə başladığı vaxtdan etibarən uçuş təhlükəsizliyi strategiyalarının uyğunlaşdırılması, rəqəmsal həllərin tətbiqi, eləcə də hava hərəkəti idarəetmə proseslərinin regional səviyyədə inkişafı və standartlaşdırılmasına mühüm töhfə verib. Hazırda SOCEA-ya Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Tacikistan və Qazaxıstanın aeronaviqasiya xidmət təminatçıları daxildir. Bu əməkdaşlıq regionun hava məkanında təhlükəsizlik və effektivlik üçün vahid yanaşma formalaşdırır. SOCEA-nın inkişafı və gələcəkdə hava limanlarının da platformaya qoşulması, qlobal hava nəqliyyatı zəncirinin möhkəmləndirilməsi baxımından həyati əhəmiyyət kəsb edir. Türk Dövlətləri Təşkilatı çərçivəsində dəstəklənən bu əməkdaşlıq Avropa–Mərkəzi Asiya Rəqəmsal Səması (E-CADS) layihəsinin həyata keçirilməsinə yol açacaq. Bu təşəbbüs Avropa və Asiya arasında hava hərəkəti idarəetməsinin qarşılıqlı inteqrasiyasını təmin etməklə, uçuşların təhlükəsizliyini, müntəzəmliyini və davamlılığını artıracaq.
Qeyd edək ki, Azərbaycan hava məkanı Şərqlə Qərb arasında əsas tranzit dəhlizlərindən biridir və ildə 200 mindən çox uçuşa xidmət göstərir. AZANS beynəlxalq tərəfdaşlıqların möhkəmləndirilməsi və hava hərəkətinin idarə olunmasında müasir həllərin tətbiqi istiqamətində fəaliyyətini davam etdirəcək.



Dünyada ilk neft quyusu və Qafqazın ilk elektrik dəmir yolunun yubileyidir – EKSPERT - FOTO
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Putin İlham Əliyevə təşəkkür etdi - VİDEO
Görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərin NƏZƏRİNƏ!
“McDonald’s”dan sifariş verdiyi yeməkdən narazı qalıb pulunu geri istədi; görün nə baş verdi - ŞİKAYƏT
Təhlükəsizlik kəməri problemi; bu marka avtomobillər geri çağırılır
Mərkəzdə yeraltı keçid sahibkarlara satılır; şəhərin görünüşü pozulur – MEMAR – FOTO
Finlandiya müdafiə nazirinin açıqlaması ölkəni Rusiya tərəfdaşı kimi göstərir? – Deputat AÇIQLADI
Sumqayıtdakı bu marşrut avtobuslarından da narazılıq artıb - FOTO
Köhnə standartlar şəhərlərin inkişafına mane olur? – Ekspert AÇIQLADI
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!










