Azərbaycan üçüncü peykini orbitə buraxır - VİDEO

Azərbaycanın üçüncü peykinin təyin olunan vaxtda orbitə çıxarılmasını təmin etmək məqsədilə peykin və daşıyıcı raketin hazırlanması üzrə bütün işlər qrafikə uyğun şəkildə davam etdirilir.
Avtosfer.az xəbər verir ki, yeni peykin istismarı üçün Bakıda və Naxçıvan Muxtar Respublikasında yerüstü infrastrukturun modernizasiyası ilə bağlı işlər artıq yekunlaşıb. Peykin orbitə buraxaılacağı dəqiq tarix də artıq bəllidir.
Hazırda orbitdə olan "Azerspace-1" vasitəsi ilə 100-ə yaxın televiziya və radio kanalı yayımlanır. Yeni peykin buraxılması ilə isə Qonşu Gürcüstan bazarında lider mövqeyə malik olan, o cümlədən Tükiyədə özünəməxsus bazar payına sahib "Azerkosmosun" imkanları daha da genişlənəcək.
Hazırda 25-ə yaxın ölkədə sabit müştəri bazası olan "Azərkosmos"un yeni peykinin orbitə buraxılması ilə bazarda tərəfdaşlarının sayı da artıracaq. Belə ki, "Azərspace 2"nin xidmətlərinin bir qismi peyk orbitə buraxılmadan özünə müştəri qazana bilib.
Həmçinin, artıq 3 ildir ki, "Azərkosmos" tərəfindən yer səthinin məsafədən müşahidə xidmətlərinin təşviqi layihəsi həyata keçirilir. Bu layihə çərçivəsində peykdən əldə edilmiş təsvirlər təmənnasız olaraq elmi tədqiqat institutları, universitetlər və digər qurumlara təqdim olunur.
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
Bu yollarda tıxac var - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI










