Azərbaycan Ukraynaya 5 sərnişin avtobusu verdi - FOTOLAR

Azərbaycan Ukraynaya humanitar yardım olaraq beş ədəd sərnişin avtobusu verib. Avtosfer.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “X” hesabında məlumat verib. “Bu səfər çərçivəsində Azərbaycan icmalarımızın ehtiyacları üçün Ukraynaya humanitar yardım olaraq beş sərnişin avtobusu təqdim edib. 2022-ci ildən etibarən Azərbaycan Ukrayna xalqına dəstək vermək üçün dəfələrlə öz töhfəsini verib. Xüsusilə, enerji sistemimizin davamlı hücumlar altında işləməsini təmin etməyə kömək edən yüksək güclü generatorlar, transformatorlar və digər vacib avadanlıqlar daxil olmaqla 45 milyon dollardan çox humanitar yardım göstərib. Eyni dərəcədə vacib olan uşaqlarımıza göstərilən dəstəkdir. 500-dən çox ukraynalı uşaq Azərbaycanda bərpa proqramlarında iştirak edib – bu isə müharibə dövründə xüsusilə dəyərlidir. Biz bu həmrəyliyi yüksək qiymətləndiririk, çünki bu, Ukraynanın möhkəm dayanmasına və irəliləməsinə kömək edir”, - Sibiqa qeyd edib.
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












