Azərbaycan və Yaponiya arasında birbaşa aviareys açıla bilər

Azərbaycan və Yaponiya arasında birbaşa aviareys açıla bilər. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda yaponiyalı həmkarı Taro Kono ilə birgə mətbuat konfransında deyib. E.Məmmədyarov bildirib ki, bugünkü görüşdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib: "Hər iki ölkə arasında əlaqələr yüksək səviyyədədir. Azərbaycanda 30 Yaponiya şirkəti fəaliyyət göstərir. Yaponiya Azərbaycana təqribən 7 milyard dollar investisiya yatırıb. Yaponiyadan Azərbaycana gələn turistlərin sayı artır. Bu gün turizmin inkişafı üçün Yaponiya və Azərbaycan arasında birbaşa aviareysin açılması məsələsini də müzakirə etdik". Nazir bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Yaponiyanın mövqeyi bəllidir: "Onlar hesab edirlər ki, bu münaqişə tezliklə öz həllini tapmalıdır".
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












