Azərbaycan vətəndaşının daxili orqanında narkotik vasitə və psixotrop maddə aşkar edilib
Gündəm
13 Aprel 2018 09:53

Faktla bağlı araşdırma aparılır
Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, idarənin Sərnişin şöbəsində İrandan Azərbaycana piyada gələn ölkə vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Bu barədə Avtosfer.az-a DGK-dan məlumat verilib.
Yoxlama zamanı, vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığı üçün o, gömrük əməkdaşlarının müşayiəti ilə Astara Rayon Mərkəzi Xəstəxanasında tibbi müayinədən keçirilib. Nəticədə, vətəndaşın düz bağırsağında cəmi 4 ədəd bükümdə olmaqla, xalis çəkisi 99,869 qram narkotik vasitə - heroin və xalis çəkisi 31,686 qram psixotrop maddə - metamfetamin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxunub : 1126
DİGƏR XƏBƏRLƏR
25 Avqust 2026 14:41
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
25 Avqust 2026 13:11
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
25 Avqust 2026 11:30
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
25 Avqust 2026 08:48
Bu yollarda tıxac var - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! - FOTO
24 Avqust 2026 22:50
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
24 Avqust 2026 22:15
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
24 Avqust 2026 21:10
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
24 Avqust 2026 19:52
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
24 Avqust 2026 19:00
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
24 Avqust 2026 18:30
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
24 Avqust 2026 11:30
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
24 Avqust 2026 08:48
Bu yollarda tıxac var - SİYAHI - FOTO
ŞƏRH YAZ










