Azərbaycan vətəndaşlarını ölümlə hədələyən soyğunçu qruplaşmanın üzvü saxlanılıb

Gürcüstanın Kvemo Kartli bölgəsində soyğunçuluqla məşğul olan üç nəfər saxlanılıb. Avtosfer.az-ın “Report”a istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslərdən ikisi Rustavi şəhərində yaşayış evindən mobil telefon, pul və zinət əşyaları oğurlayaraq hadisə yerindən qaçıb. Oğurlanan əşyalar maddi sübut kimi müsadirə olunub. Saxlanılan digər 1997-ci il təvəllüdlü R.İ. adlı şəxs isə cinayət ortaqları ilə birgə Rustavidə Azərbaycan vətəndaşlarını ölümlə hədələyərək onlardan 9 500 dollar məbləğində pul əldə edib. Polis həmin şəxsin cinayət ortaqlarının saxlanılması istiqamətində intensiv istintaq tədbirlərini davam etdirir. Cinayətkarları 8 ildən 12 ilədək həbs cəzası gözləyir.
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?
Xırdalanda tunel tikintisindən sonra növbəti addım nə olacaq? – EKSPERT
TƏBİB Səhiyyə Nazirliyinə verildi: Minlərlə işçini nə gözləyir?
Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF












