“Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi hazırlandı - VİDEO

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi əlaqədar loqo hazırlanıb. Avtosfer.az xəbər verir ki, loqonun hazırlanmasında əsasən minimalizmə və sadə olmasına üstünlük verilib.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar "Azərbaycan Xalq Cümhuriyyəti 100" loqotipi hazırlanıb.
Tariximizə qızıl hərflərə yazılan Cümhuriyyət ilinin loqosu üçrəngli bayrağımız və 100 rəqəmi formasında əks olunub.
Loqotipin üzərində qırmızı ayparada Azərbaycan Cümhuriyyətinin yaranma tarixi 1918-ci il, yaşılda isə Cümhüriyyətin yubileyiynin qeyd olunacağı 2018-ci il əks olunub.
Loqotip Azərbaycan Prezidentinin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında imzaladığı sərəncama əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanıb. Loqotip Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirlərində, eləcə də "Azərbaycan Xalq Cümhuriyyəti İli" çərçivəsində keçiriləcək tədbirlərdə istifadə olunmaq üçün nəzərdə tutulub.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












