Azərbaycan Xalq Cümhuriyyətinin ilk markaları beynəlxalq sistemdə qeydiyyatdan keçirilib - FOTOLAR

2021-ci ildən başlayaraq ölkəmizdə buraxılan bütün markalar Ümumdünya Poçt İttifaqı (ÜPİ) və Ümumdünya Filateliya İnkişafı Assosiasiyası (World Association for the Development of Philately – WADP) tərəfindən yaradılmış Nömrələmə Sistemi (The WADP Numbering System – WNS) vasitəsilə qeydiyyata alınır. “Azərpoçt” MMC-dən Avtosfer.az-a bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) buraxdığı ilk poçt markaları WNS vasitəsilə rəsmi qeydiyyatdan keçib. Bu addım Azərbaycan dövlətçilik və poçt tarixinin çox keçmişə söykəndiyini sübut etməklə yanaşı, tarixi mirasın beynəlxalq müstəvidə qorunmasına da birbaşa xidmət edir.
Qeyd edək ki, 1918-ci ildə AXC qurulduqdan bir il sonra, 1919-cu il 6 oktyabrda Azərbaycan Poçt və Teleqraf Nazirliyi yaradılıb. 20 oktyabr tarixində isə Azərbaycanın ilk poçt markaları nazirlik tərəfindən buraxılıb. 10 növdə buraxılmış markaların rəssamı Zeynal Əlizadə olub. O, hərəsindən bir neçə fərqli rəngdə olmaqla bütün markaları əsasən 4 təsvir üzərində işləyib. Bu markaların əsas mövzusunu Azərbaycan cəmiyyətinin iki daşıyıcı insan obrazı, eləcə də tarixi-memarlıq abidələri təşkil edir: Belə ki, sözügedən markalarda əlində Azərbaycan Bayrağı və tüfəng tutan əsgər, əlində oraq tutaraq tarlada məhsul yığan kəndli, özündə Şirvanşahlar sarayı, Cümə məscidi, Qala divarlarını əks etdirən orta əsrlərə dair Bakı şəhərinin panoramı və Azərbaycanın qədim tarixi-memarlıq abidəsi olan Atəşgah məbədi əks olunub.





ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












