Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI - FOTO

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Beynəlxalq (Ümumdünya) Qaçqınlar Günü ilə bağlı paylaşım edib. Avtosfer.az xəbər verir ki, bu barədə məlumat XİN-in "X" sosial şəbəkə hesabında paylaşılıb. "20 iyun - Ümumdünya Qaçqınlar Günündə biz dünyada böyük çətinliklər, qeyri-müəyyənlik, evlərinin və dolanışıq vasitələrinin itirilməsi ilə üzləşməkdə davam edən milyonlarla qaçqın və məcburi köçkünlə həmrəyliyimizi ifadə edirik". - paylaşımda bildirilib.
Qeyd olunub ki, Azərbaycan üçün məcburi köçkünlük məsələsi xüsusi əhəmiyyət daşıyır:
"Azərbaycan ərazilərinə qarşı təcavüz və işğal nəticəsində bir milyondan çox azərbaycanlı onilliklər boyu didərginliyə və məhrumiyyətlərə dözərək qaçqın və məcburi köçkünə çevrilib. Bu şəxslərin hüquqları kobud şəkildə pozulmuş, evləri, yaşayış məskənləri və mədəni irsi isə məhv edilib. Bu gün, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edildikdən sonra, ölkə əvvəllər işğal altında olmuş ərazilərdə misli görünməmiş yenidənqurma və bərpa proqramı həyata keçirir. Böyük Qayıdış Proqramı vasitəsilə keçmiş məcburi köçkünlər təhlükəsizlik, ləyaqət və əmin-amanlıq şəraitində tədricən öz doğma torpaqlarına qayıdır, illərlə sürən didərginlikdən sonra öz həyatlarını və yaşayış məskənlərini yenidən qururlar. Azərbaycan məcburi köçkünlüyün köklü səbəblərinin aradan qaldırılmasına, qaçqınlar və məcburi köçkünlər üçün davamlı həll yollarının təşviqinə, beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasına yönəlmiş beynəlxalq səyləri dəstəkləməyə sadiq qalır. Bu Ümumdünya Qaçqınlar Günündə biz bütün dünyada qaçqın və məcburi köçkünlərin mətanət və cəsarətini ehtiramla anır və zorla yerindən edilmiş bütün insanların bir gün öz evlərinə qayıdaraq sülh, ləyaqət və firavanlıq şəraitində yaşaya bilməsini təmin etmək əzmimizi bir daha təsdiq edirik".
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF












