Azərbaycan yol infrastrukturunun keyfiyyətinə görə dünyada 36-cı olub

2017-2018-ci illər Qlobal rəqabət qabiliyyətlilik indeksi versiyası üzrə ən yaxşı və pis yol infransturkuruna malik ölkələrin siyahısı tərtib olunub. “Report” xəbər verir ki, siyahıya 137 ölkə daxil edilib.
Yolların keyfiyyəti 1-7 bal üzrə qiymətləndirilir, bununla belə heç bir ölkə ən yüksək bal toplaya bilməyib.
Ən pis yol infrastrukturuna malik ölkə Mavritaniya olub. Bu ölkəyə 2 bal verilib. Onun ardınca 2,1 balla Konqo Demokratik Respublikası və Haiti qərarlaşıb. Dördüncü və beşinci yerləri yolları 2,2 bal qiymət alan Madaqaskar və Qvineya tutub. Onların ardınca Yəmən (2,3 bal), Paraqvay (2,4), Ukrayna (2,4), Mozambik (2,5) və Moldova (2,5 bal) gəlir.
Azərbaycan yol infrastrukturunun keyfiyyətinə görə siyahıda bir çox dünya və Avropa ölkələrini geridə qoyaraq 36-cı pillədə qərarlaşıb. Ölkənin yolları 4,8 bal səviyyəsində qiymətləndirilib.
Reytinqdə ən yaxşı BƏƏ (6,4 bal), Sinqapur (6,3), İsveçrə (6,3), Honkonq (6,2), Niderland (6,1), Yaponiya (6,1), Fransa (6), Portuqaliya (6), Avstriya (6), həmçinin ABŞ-ın (5,7) yolları ən yaxşı hesab edilib.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












