Azərbaycana gələn ərəb turistin TƏRBİYƏSİZLİYİ

Şəkidə yerləşən Marxal Resort & SPA mərkəzində ərəb turist hovuza nəcis edib. “Qafqazinfo” xəbər verir ki, bu səbəbdən o, 500 manat cərimələnib. Daha sonra Bakıya gələn turist Səudiyyə Ərəbistanın ölkəmizdəki səfirliyinə şikayət edib. “Qafqazinfo” məsələylə bağlı Marxal Resort & SPA ilə əlaqə saxlayıb. Otelin satış üzrə mütəxəssisi Günel Balayeva hadisəni təsdiqləyib. Bildirib ki, ərəb turistlər əvvəlcə cəriməni ödəmək istəməsə də, sonradan məsələ öz həllini tapıb: “Həqiqətən də belə bir hadisə olub. Turistlər otelimizdən çıxarkən onlara hovuzu çirkləndirdiyi üçün 500 manat cərimələndikləri bildirilib. Ərəb qonaqlarımız əvvəlcə buna etiraz etsə də, daha sonra cəriməni ödəyərək otelimizdən ayrılıb. Səfirliyə şikayət etdiyini bilmirdik, bizə bu haqda məlumat daxil olmayıb”.
Qeyd edək ki, ölkəmizdə ərəb turistlərlə bağlı sözügedən hadisə ilk dəfə baş vermir. Regionlarda fəaliyyət göstərən digər istirahət mərkəzlərində də analoji olay yaşanıb.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












