Azərbaycana narkotik vasitə gətirən şəxslər saxlanılıb - FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin texniki müşahidə məntəqələri Astara rayonu Şahağacı kəndi istiqamətində İran İslam Respublikasından Azərbaycana doğru hərəkət etməklə sərhəd sularımıza daxil olan hədəf aşkar edib. DSX-nın Mətbuat Mərkəzindən Avtosfer.az-a verilən məlumata görə, hadisə noyabrın 4-də saat 15:25 radələrində qeydə alınıb. Həmin üzmə vasitəsi qısa müddət ərzində ərazidə dayanıb və İran sularına doğru geri üzüb. Qeyd olunan koordinatlar dərhal sərhəd gözətçi gəmisi tərəfindən nəzarətə götürülüb. Noyabrın 5-də həmin ərazidə balıq ovu məqsədilə qayıqla dənizə çıxan Astara rayonu Şahağacı sakinləri - 1985-ci il təvəllüdlü Məmmədov Əlibala Dadaş oğlu və 1994-cü il təvəllüdlü Feyruzzadə Elzamin Rafiq oğlu özlərini şübhəli apardıqları üçün sərhəd gözətçi gəmisi tərəfindən saxlanılıb, qayığın dayandığı koordinatlarda suya keçirilən baxış zamanı 3 (üç) ədəd bağlamada ümumi çəkisi 2 kq 420 qr olan narkotik vasitə aşkarlanaraq götürülüb. Baş vermiş hadisə ilə bağlı DSX-nin İstintaq-Təhqiqat İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 318.2-ci, 206.3.2-ci, 234.4.1-ci, 234.4.3-cü maddələri ilə cinayət işi başlanılıb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Namiq



Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












