Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO

Son illər Azərbaycanda yol hərəkəti təhlükəsizliyi ilə bağlı tədbirləri ən çox təşkil edən şirkətlərdən biri məhz “Bolt”dur. Şirkət xüsusilə paytaxt yollarında, yəni avtomobillərin daha çox sıxlıq təşkil etdiyi ərazidə həm sürücülərin, həm də piyadaların küçələrdən təhlükəsiz istifadəsinin dəstəklənməsi mövzusunda maarifləndirici tədbirlər keçirir.
Nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-ın sosial şəbəkə hesablarında canlı yayım zamanı şirkətin yol hərəkəti təhlükəsizliyi ilə bağlı yeni məlumatını təqdim edib. O bildirib ki, yol hərəkətinin təhlükəsizliyi hər bir yol iştirakçısının məsuliyyətli davranışı, sürücülərin peşəkarlığı, müasir texnologiyaların tətbiqi və maarifləndirmə tədbirlərinin vəhdəti ilə formalaşır. Nəqliyyat vasitələrinin və infrastrukturun inkişafı ilə yanaşı, bu amillər daha təhlükəsiz yol mühitinin yaradılmasında mühüm rol oynayır.

“Rəqəmsal mobillik platformaları da təhlükəsizliyin artırılması üçün müxtəlif texnoloji həllər və maarifləndirmə təşəbbüsləri həyata keçirirlər.
Təhlükəsizlik texnologiya ilə başlayır: Müasir tətbiqlər istifadəçilərə səfər zamanı əlavə təhlükəsizlik imkanları təqdim edir. Məsələn, Bolt tətbiqində avtomobilə əyləşməzdən əvvəl sürücünün adı, şəkli, avtomobilin markası və dövlət qeydiyyat nişanını yoxlamaq mümkündür.
Bundan əlavə, tətbiqdə mövcud olan "Gedişin təsdiq kodu" (Pickup Code) funksiyası sərnişinin düzgün avtomobilə əyləşməsinə kömək edir. "Səfəri paylaş" funksiyası isə marşrutu ailə üzvləri və ya yaxınlarla bölüşməyə imkan verir. İstifadəçilər həmçinin tətbiqdə yerləşən təhlükəsizlik alətləri vasitəsilə zərurət yarandıqda operativ şəkildə dəstək ala və qarşılaşdıqları hər hansı qeyri-etik davranış barədə məlumat verə bilərlər.
Lakin təhlükəsizliyin təmin olunması yalnız texnoloji həllərlə məhdudlaşmır. Ən vacib amillərdən biri peşəkar və məsuliyyətli sürücülərin hazırlanmasıdır.
Təhlükəsiz yollar peşəkar sürücülərlə başlayır: Sürücülərin peşəkar hazırlığına töhfə vermək məqsədilə “Bolt” Azərbaycanda "Bolt Akademiyası" təşəbbüsünü həyata keçirir.
Layihənin məqsədi platformada fəaliyyət göstərən sürücülərin peşəkar bilik və bacarıqlarını artırmaq, onların peşəkar sertifikat əldə etmələrinə dəstək olmaq və ümumilikdə yol hərəkəti təhlükəsizliyi mədəniyyətinin inkişafına töhfə verməkdir.
“Bolt Akademiyası” çərçivəsində bu günədək Azərbaycanın beş şəhərində 3000-dən çox sürücü “Bolt”un maliyyə dəstəyi ilə peşəkar hazırlıq keçərək sertifikat əldə etmək imkanı qazanıb.
Bolt şirkətinin taksi xidməti üzrə Baş meneceri İlkin Zeynallı açıqlamasında bildirib ki, yol təhlükəsizliyi yalnız texnologiya ilə təmin olunmur. Bunun üçün sürücülərin peşəkar hazırlığı, maarifləndirmə və bütün tərəflərin əməkdaşlığı vacibdir. Bolt olaraq inanırıq ki, təhlükəsiz mobillik ekosistemi yalnız uzunmüddətli investisiyalar və təhsil təşəbbüsləri ilə formalaşa bilər.
Yol təhlükəsizliyi maarifləndirmə ilə güclənir: Yol təhlükəsizliyi istiqamətində həyata keçirilən təşəbbüslər yalnız sürücülərlə məhdudlaşmır. Şirkət "Yol Təhlükəsizliyi" (Road Safety) proqramı çərçivəsində Xaçmaz, Qusar, Qəbələ və digər regionlarda məktəbləri ziyarət edərək şagirdlər üçün maarifləndirici sessiyalar keçirib. Proqram çərçivəsində təhlükəsiz yol davranışını təşviq etmək məqsədilə məktəblilər arasında yol təhlükəsizliyinə həsr olunmuş müsabiqə də təşkil olunub. Təşəbbüsün əsas məqsədi uşaq və yeniyetmələrdə yol hərəkəti qaydaları ilə bağlı biliklərin artırılması və erkən yaşlardan məsuliyyətli yol hərəkəti mədəniyyətinin formalaşdırılmasıdır.
Bəzən sürücülər kəmər taxmayanda nə ola bilər ki, deyə sual verirlər. Həmin sürücünün peşəkarlığı artıq sorğulanmalıdır. Çünki bu adam hələ kəmərin niyə taxıldığını bilmir. Ona biri izah etməlidir ki, təhlükəsizlik kəmərindən sükan istifadə etmədikdə ya 50 manat cərimələnirsən, ya da gedib bir yerə çırpılanda basin maşının ön alın şüşəsini dağıdır, sən də maşından çölə düşürsən, basin da asfalta dəyib partlayır. Bu mövzulara diqqət etmək mütləqdir. Təhlükəsizlik kəməri hər şeydən öncə avtomobildəkiləri qoruyir.
Yol təhlükəsizliyinin artırılması uzunmüddətli və birgə yanaşma tələb edir. Bu istiqamətdə texnoloji həllər, peşəkar sürücü hazırlığı və maarifləndirmə təşəbbüsləri bir-birini tamamlayan vacib elementlərdir. Bolt da bu istiqamətdə həyata keçirdiyi layihələrlə Azərbaycanda daha təhlükəsiz mobillik mühitinin formalaşmasına töhfə verməyi hədəfləyir”.
Səfər
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ
Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR
Qafqazın təhlükəli avtomobil yollarından biri yenidən qurulur – FOTO
Rusiyada yanacaq qıtlığından qazananlar da olacaq - FOTO
Evinizdəki kamera qonşunun həyətini çəkirsə, cərimələnə bilərsiz - HÜQUQŞÜNAS
İcra başçısının vətəndaşları qəbul forması qaydalara zidd təşkil edilib? - AÇIQLAMA - FOTO
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Sumqayıtda küçələr işıqlandırılmır, elektrik enerjisinə qənaət edirlər - ŞİKAYƏT










