Azərbaycanda 7 ayda 27,5 milyard manatlıq sənaye məhsulu istehsal edilib

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ilin yanvar-iyul aylarında 27,5 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çox sənaye məhsulu istehsal edilib.
Avtosfer.Az Trend-ə istinadən bildirir ki, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10,7 faiz artıb, neft sektorunda isə 0,7 faiz azalıb.
Sənaye məhsulunun 73,2 faizi mədənçıxarma sektorunda, 22,1 faizi emal sektorunda, 4,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda neft hasilatı 0,3 faiz artıb, əmtəəlik qaz hasilatı isə 3,6 faiz azalıb.
Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 31,3 dəfə, elektrik avadanlıqlarının istehsalı 3,0 dəfə, tütün məmulatlarının istehsalı 2,9 dəfə, poliqrafiya məhsullarının istehsalı 2,7 dəfə, mebel istehsalı 2,1 dəfə, toxuculuq sənayesi məhsullarının istehsalı 64,2 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 54,4 faiz, tikinti materiallarının istehsalı 31,7 faiz, hazır metal məmulatlarının istehsalı 28,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 14,3 faiz, içkilərin istehsalı 9,0 faiz, əczaçılıq məhsullarının istehsalı 1,2 faiz , geyim istehsalı 0,7 faiz artıb, kimya sənayesi məhsullarının istehsalı 1,3 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 2,0 faiz, qida məhsullarının istehsalı 2,4 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 9,3 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 10,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 12,0 faiz, maşın və avadanlıqların istehsalı 15,2 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 62,4 faiz azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 4,7 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,1 faiz artıb.
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO










