Azərbaycanda benzin bahalaşır? – AÇIQLAMA

Qonşu ölkələrdə benzin bahalaşıb. Belə ki, Gürcüstanda və Ermənistanda avtomobil yanacağının pərakəndə satış qiymətləri fevrala nisbətdə ortalama 20-25% artıb.
Azərbaycanda da qiymət artımı gözlənilirmi?
Avtosfer.az bildirir ki, “Globalinfo”ya danışan iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru Günay Hüseynova deyib ki, bir sıra dövlətlər neft hasilatını azaldarkən, xüsusilə İran və Rusiya kimi bəzi ölkələr hasilatı artırıb:
“Bu, əsasən həmin ölkələrdə mövcud olan müharibə şəraiti və iqtisadiyyatın böyük ölçüdə neft gəlirlərindən asılı olması ilə izah olunur. Əsas ixracatçı ölkələrin hasilatı azaltması beynəlxalq bazarda neft qiymətlərinə, eyni zamanda, idxalçı ölkələrin daxili bazarına təsirsiz ötüşməyib”.
İqtisadçı bildirib ki, məsələni Azərbaycanın daxili bazarı baxımından qiymətləndirdikdə, hazırda benzinin qiymətində artım gözlənilmir:
“Bunun əsas səbəbi ölkənin idxalçı deyil, ixracatçı olmasıdır. Növbəti qiymət artımı isə daha çox qurğuların və sıradan çıxmış avadanlıqların yenilənməsi ilə bağlı ola bilər. Dünya bazarında enerji qiymətlərinin sabit artımı valyuta gəlirlərinin yüksəlməsinə səbəb olacaq”.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












