Taksi sahibləri üçün VACİB XƏBƏR

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydasında dəyişikliklər olunub. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumata görə, bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımov müvafiq qərar imzalayıb. Qərara əsasən, avtonəqliyyat vasitəsi taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün istifadə edildikdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan birillik sığorta haqqı məbləğinin hesablanması üçün 1.5 əmsalı tətbiq ediləcək.
Qeyd edək ki, avtonəqliyyat vasitəsinin taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün istifadə edilməsi dedikdə "Avtomobil nəqliyyatı haqqında" və "Lisenziyalar və icazələr haqqında" qanunlara uyğun olaraq, səlahiyyətli dövlət qurumu tərəfindən verilmiş icazə əsasında avtonəqliyyat vasitəsinə münasibətdə müvafiq buraxılış vəsiqəsi və buraxılış kartı olan daşıyıcılar tərəfindən hər hansı şəxsin sifarişi əsasında qeyri-müntəzəm marşrut üzrə yerinə yetirilən sərnişin daşımaları başa düşüləcək.

Sığorta müqaviləsi bağlanarkən əks olunmuş əmsal avtonəqliyyat vasitəsinin taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və buraxılış kartı barədə məlumat mövcud olduğu halda tətbiq ediləcək.
Avtonəqliyyat vasitəsinin taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və buraxılış kartı barədə məlumatın müəyyən edilməsi mümkün olmadıqda nəzərdə tutulmuş əmsalın tətbiqi sığorta müqaviləsi bağlanarkən sığortalının könüllü bəyanı əsasında həyata keçiriləcək.
Avtonəqliyyat vasitəsinin taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və buraxılış kartı barədə məlumat müəyyən edilməsi mümkün olmadıqda və ya nəzərdə tutulmuş halda həmin məlumat sığortalı tərəfindən sığortaçıya bəyan edilmədikdə sığorta haqqı məbləğinin hesablanması üçün 1 əmsal tətbiq olunacaq.
Həmçinin müəyyən edilən hallarda tətbiq edilən sığorta haqqı üzrə dürüstləşdirmə məbləği üzrə qarşılıqlı hesablaşmaların həyata keçirilməsi məqsədilə sığortaçılar və İcbari Sığorta Bürosu arasında qüvvəyə mindiyi tarixdən ən geci 30 təqvim günü müddətində kollektiv saziş bağlanacaq.
Kollektiv sazişdə azı aşağıdakı məsələlər əhatə olunur:
- kollektiv sazişə qoşulma və ondan çıxma qaydası;
- sığorta haqqı üzrə dürüstləşdirmə məbləği üzrə sığortaçılar arasında hesablaşma qaydası;
- öhdəliklərin icra müddətləri;
- mübahisələrin həlli qaydası.
Sığortaçılar arasında aparılan hesablaşmalar nağdsız formada həyata keçiriləcək.
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA












