Azərbaycanda benzin və dizel istehsalı artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 617,5 mln. manat olmaqla əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 5,7% artıb. Avtosfer.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin 10 ayında ölkədə avtomobil benzininin istehsalı 2,1% artaraq 1 009,6 min ton olub. Bu müddət ərzində dizel yanacağının istehsalı 5,2% artaraq 1 615,5 min ton təşkil edib. Bu ilin yanvar-oktyabr aylarında sürtkü yağlarının istehsalı 5,1 dəfə artaraq 129,5 min ton, neft bitumunun istehsalı 36,7% artaraq 247,1 min olub. Neft koksunun istehsalı 18,4% artaraq 205,8 min ton olub. Bu ilin yanvar-oktyabr aylarında yanacaq mazutunun istehsalı 73,9 min ton təşkil edib. Bu ilin on ayında neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 13,5% artaraq 170,3 min tona çatıb. Ağ neftin istehsalı isə 4,5% artaraq 507,1 min ton təşkil edib.
Ramiz Mehdiyevin ailə bankı BOKT oldu
Fransanın bəzi media qurumları ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA
Qəbələ, Ağstafa və Balakən istiqamətində qatarla gedənlər üçün ŞAD XƏBƏR
Rus ordusu məşhur kəndə girişi bağlayıb? - Zəngəzurda yeni savaş
Prezident Fərman imzaladı
Azərbaycana qarşı informasiya hücumları insan hüquqları üzərindən spekulyasiyalara əsaslanır – NATİQ MƏMMƏDLİ
Genişləndirilmə layihəsinə 180 milyon dollar ayrıldı - Bakı metrosu ilə bağlı ŞAD XƏBƏR
“Masallı sakini maşınını niyə yandırdı?” - İcra Hakimiyyətindən açıqlama - VİDEO
"Yaxın saatlarda təkrar təkanlar gözlənilir" - Qurban Yetirmişli
Azərbaycanda güclü zəlzələ olub - FOTO
Brendlər, keyfiyyət və sərfəli qiymətlər - BBAK Outlet Mərkəzi - VİDEO










