Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR

ABŞ-İsrail əməliyyatının yaratdığı enerji böhranı fonunda ABŞ-də benzin qiymətləri 2023-cü ilin oktyabr ayından bəri ən yüksək həddə çatıb. Belə ki, bir ay əvvəl, münaqişədən öncəki dövrdə bir qallonun (3,78 litr) qiyməti 3,2 - 3,4 dollar idisə, indi qallonun qiyməti 3,79 dollara çatıb. Kaliforniyada isə ən yüksək qiymət qallon başına 5,54 dollardır.
Bu qiymət dəyişikliyi göstərir ki, müharibə uzandıqca onun enerji bazarlarına təsiri də artır.
Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, ABŞ-İsrail əməliyyatı fonunda yaranan gərginlik enerji bazarlarına psixoloji və real təsir göstərir və bu təsir təkcə ABŞ ilə məhdudlaşmır: “Yaxın Şərq dünya neft və qaz ehtiyatlarının böyük hissəsinin yerləşdiyi region olduğuna görə burada baş verən hər hansı hərbi və ya siyasi eskalasiya qlobal enerji qiymətlərinə birbaşa təsir edir. Münaqişənin genişlənməsi və ya strateji əhəmiyyətli marşrutların, xüsusilə Hörmüz boğazı kimi əsas nəqliyyat yollarının risk altına düşməsi neft tədarükündə fasilə ehtimalını artırır. Bu isə dünya bazarında qiymətlərin yüksəlməsinə səbəb olur. Nəticədə Avropa, Asiya və digər regionlarda da yanacaq və enerji qiymətlərində artım müşahidə oluna bilər”.
İqtisadçının sözlərinə görə, enerji idxalından asılı olan ölkələr bu vəziyyətdən daha çox təsirlənir:
“Onlarda həm inflyasiya sürətlənir, həm də istehsal xərcləri artır. Bu isə iqtisadi artımın zəifləməsinə, bəzi hallarda isə sosial narazılığın artmasına gətirib çıxara bilər. Xüsusilə qaz və neftə yüksək tələbatı olan sənaye ölkələri üçün risklər daha böyükdür.
Eyni zamanda, enerji ixrac edən ölkələr qısa müddətdə yüksək qiymətlərdən qazanc əldə etsələr də, uzunmüddətli qeyri-sabitlik bazarlarda qeyri-müəyyənlik yaradır və investisiya qərarlarına mənfi təsir göstərə bilər.Beləliklə, müharibənin gedişatı enerji böhranını qlobal miqyasda dərinləşdirə və bir çox ölkələrdə həm iqtisadi, həm də sosial təsirlərə səbəb ola bilər”./sfera.az
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO












