Azərbaycanda biznesmeni öldürən killer Moskvada tutuldu

Moskvanın cənub-qərbində Azərbaycanda bir neçə sifarişli qətl törətməkdə şübhəli bilinən killer İlya Şabanov saxlanılıb. Avtosfer.az-ın oxu.az-a istinadən xəbərinə görə, bu barədə “Mash” Teleqram kanalı məlumat yayıb. Şabanov 2012-ci ildə biznesmen Rauf Həsənovun qətlindən sonra beynəlxalq axtarışa verilib. Sonuncunun cəsədi 2010-cu ilin mayında Bakıdan 70 kilometr şimalda Xızı rayonunun ərazisində tapılıb. Killerə qarşı odlu silah və partlayıcı maddədən istifadə etməklə sui-qəsd maddəsi ilə ittiham irəli sürülüb. İstintaqın məlumatına əsasən, 2009-cu ilin oktyabr ayında Bakı sakini R.Həsənov öz avtomobilində evindən çıxıb və bir daha qayıtmayıb. Noyabrın 5-də aonun avtomobili Qubada yandırılmış vəziyyətdə aşkarlanıb. Həsənovun cəsədi isə may ayında su kanalında tapılıb. İstintaq müəyyən edib ki, qətli digər iştirakçısı “Ayna” nəşriyyatının rəhbəri Fərhad Süleymanovdur. O, 2010-cu ilin fevral ayında ölkədən qaçmaq istəyərkən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb. Axtarışlar zamanı onun evində İtaliya istehsalı olan tapança və yeddi güllə aşkarlanıb. Süleymanov istintaqa ifadəsində bildirib ki, öldürülən Həsənov və Moskvada yaşayan iş adamı Mustafa Aslanov arasında birgə fəaliyyət nəticəsində əldə edilən beş milyon dolların bölüşdürülməsi zamanı mübahisə yaranıb. Aslanov partnyorunu öldürmək qərarına gəlir, və bunun üçün Azərbaycana tanışı İlya Şabanovu göndərir. 2009-cu ilin oktyabrın 31-də Şabanov Nərimanov rayonunda Həsənov və Süleymanovla görüşüb, onu Görədildəki evə gətirərək güllələyib. İzi itirmək üçün qatillər cəsədi Samur-Abşeron kanalına atıblar. Bundan sonra Süleymanov Həsənovun avtomobilini Qubaya aparıb və yandırıb.
Hazırda Şabanovun Azərbaycana ekstradisiya məsələsi həll olunur. Süleymanov isə 2012-ci ildə 14 il müddətinə azadlıqdan məhrum edilib.
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi












