Azərbaycanda bu MALL-lara giriş ÖDƏNİŞLİ OLA BİLƏR?

Ölkə ərazisində, xüsusilə də paytaxt ərazisində yerləşən iaşə obyektləri və Mall-lara gün ərzində təxminən 1 milyona yaxın insan daxil olur. Qardaş ölkə Türkiyədə artıq bəzi ticarət mərkəzlərinə girişin ödənişli olması ilə bağlı müzakirələr gedir. Ödəniş isə ticarət mərkəzinin yerindən və xidmət qabiliyyətindən asılı olaraq dəyişəcək.
Bəs bu sistem Azərbaycanda tətbiq oluna bilər?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı Ruslan Atakişiyev Ajans.az-a açıqlama verib.
O bildirib ki, dünyanın müxtəlif ölkələrində tətbiq olunan hər hansı bir təcrübəni Azərbaycan mütləq şəkildə tətbiq etmək məcburiyyətində deyil. Azərbaycanın əsas hədəflərindən biri isə dünyada mövcud olan qabaqcıl təcrübələri öyrənərək onları ölkəmizdə tətbiq etməkdir. Bu baxımdan, Avropa, Amerika və ya Yaponiya olmasının heç bir fərqi yoxdur.
Ekspert qeyd edib ki, paytaxt ərazisində bir neçə Mall var ki, ora girişlər gün ərzində yüksəkdir. Bunlar arasında “28 Mall”, “ Gənclik Mall”, “Crescent Mall”, “Nizami Mall”, “Dəniz Mall” ön sıralarda yerləşir. Əgər, nə zamansa, bu sistemin tətbiqinə başlanılarsa, bu tip böyük ticarət mərkəzləri öndə gələcək. Hələ ki, tam tətbiq olunmayan bir yeniliyi ölkədə tətbiq etməzdən əvvəl onun necə həyata keçirildiyini, hansı nəticələrə gətirib çıxardığını və hansı məqsədlə tətbiq olunduğunu araşdırmaq vacibdir. Bu araşdırma aparılmadan həmin təcrübənin müzakirəsi və tətbiqi çətin görünür.

Ruslan Atakişiyev deyib ki, hər hansı bir təcrübə əvvəlcə dərindən öyrənilməli, daha sonra isə Azərbaycanın mövcud şəraitinə uyğunlaşdırılmalıdır. Əgər bu uyğunlaşdırma mümkün olarsa, tətbiq mexanizmi müəyyənləşdirilərək həyata keçirilə bilər. Bu səbəbdən, Azərbaycanda başqa ölkələrdə spontan şəkildə tətbiq olunan hər hansı yeniliyin eyni formada dərhal tətbiq olunması məqsədəuyğun hesab edilmir.
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












