Azərbaycanda daha bir ər arvadının saçlarını kəsdi - VİDEO

Daha bir qadın məişət zorakılığının qurbanı olub. O, İllərdir həyat yoldaşı tərəfindən döyülüb, təhqir edilib. Aran rayonlarının birindən qaçan qadın Bakıda yerləşən Uşaqlar Birliyininin sığınacağına gəlib. Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyir ki, qadın gördüyü şiddətdən ciddi psixoloji sarsıntı keçirib. Sədrin sözlərinə görə zorakılığa məruz qalan qadın müəyyən dövrlərdə xəyanətdə ittiham edilib. 2 azyaşlı qızı ilə rayondan Bakıya gələn qadın həyat yoldaşından qanuni şəkildə boşanmaq istəyir. Kəmalə Ağazadənin sözlərinə görə həyat yoldaşı ilə yola getməyən qadın ata evində qalmayıb. Buna səbəb isə atasının onun qarşısında qoyduğu şərtdir. Kəmalə Ağazadə bildirib ki, bundan sonra qadın müalicə ediləcək, psixoloji sarsıntısı aradan qaldırılacaq. Daha sonra onun boşanması üçün tədbirlər həyata keçiriləcək. Övladlarının təhsili üçün qeydiyyatda olduğu rayon icra hakimiyyətinə, qəyyumluq komissiyasına müraciət ediləcək. Bundan əlavə qadının işlə təmin edilməsi istiqamətində rayon icra hakimiyəti ilə birgə addımlar atılacaq.
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO












