Azərbaycanda dərman mafiyası ələ keçdi - Çirkin əməlləri üzə çıxdı - 5 nəfər həbs olunub - VİDEO

Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan beş vəzifəli şəxs həbs olunub. Bu barədə baş prokurorluğdan məlumat verilib. Məlumatda bildirilir ki, "Sanimed" və "Epidbiomed" Məhdud Məsuliyyətli Cəmiyyətlərin rəhbərləri və onların əməkdaşları dərman vasitələrinin qanunsuz satılması üçün bəzi həkimlərlə iş birliyinə girərərək, xəstələrə və onların yaxınlarına satıblar. Ölkəyə gətirdikləri dərmanı baha satmaq üçün həkimlərlə əl bir oludular. Bakıda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan şirkət rəhbərləri ifşa edilib. Baş prokurorluqdan verilən məlumata görə, "Sanimed" MMC-nin faktiki rəhbəri Müşfiq Nağıyev cəmiyyətin satış şöbəsinin müdiri Hafiz Orucov, satış təmsilçisi Asim Kərimov, "Epidbiomed" MMC-nin təsisçisi Namiq Əliyev, həmin şirkətin direktor müavini Kamal Məmmədov və digər vəzifəli şəxslər saxlanılıb. Onlar əlbir olaraq daha çox gəlir əldə etmək məqsədilə 2011-ci ildən başlayaraq ölkəyə təqribən 1 milyon manatdan artıq dəyərində 19 adda orijinal dərman preparatlarından qiymətinə görə dəfələrlə baha olan ekvivalent dərman vasitələrini idxal ediblər. Sonra isə həmin dərmanların satılması üçün 100- yaxın həkimlə razılaşıblar. Həkimlər onlara verilən pulun müqabilində xəstələrə yalnız həmin dərmanları özü də zərurət olduğundan artıq miqdarda təyin ediblər. beləcə adı çəkilən şəxslər qanunsuz yolla külli miqdarda dərman sataraq qazanc əldə ediblər.
Bundan başqa, qeyd edilən müəssisələrin vəzifəli şəxslərinin uzun müddət ərzində mənşəyi məlum olmayan və dövlət qeydiyyatından keçirilməyən dərman preparatlarını ölkəyə gətirib satışını təşkil etmələri müəyyən edilib. Müəssisələrin binalarında, ofislərində və apteklərində aparılan axtarışlar zamanı mənşəyi məlum olmayan və ya dövlət qeydiyyatından keçirilməyən 38 min manat dəyərində 37 adda, 15 min 385 qutu dərman preparatları aşkar edilib dövriyyədən çıxarılıb.
Habelə, istintaq-əməliyyat tədbirləri zamanı 9 adda əhalinin müəyyən təbəqələrinə pulsuz verilməsi üçün dövlət büdcəsi vəsaiti hesabına ayrılmış 51 qutu dərman vasitələrinin qanunsuz satışının həyata keçirilməsi müəyyən edilib, hazırda həmin dərmanların hansı yolla əldə edilərək satışının təşkil olunması araşdırılır. Toplanan ilkin sübutlar əsasında saxlanılan Müşfiq Nağıyev, Hafiz Orucov, Asim Kərimov, Namiq Əliyev və Kamal Məmmədova vəzifə səlahiyyətindən sui-istifadə, dərman vasitələrinin qanunsuz dövriyyəsi maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Fidan
Paytaxtda parklanma azdır, amma yerlər ləğv edilir – Səbəb nədir?
Paşinyan Əliyevdən hansı məsələdə kömək istəyib? - DETALLAR
Görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərə XƏBƏRDARLIQ
Bu küçə təmir işləri ilə əlaqədar 3 gün bağlı olacaq
Prezident və xanımı sərgilərlə tanış oldu - FOTOLAR
Paytaxtın bu yollarında sıxlıq var - SİYAHI
Elektron xidmətlərin inkişafı dövlət idaarəçiliyini optimallaşdırır - İQTİSADÇI EKSPERT
Dünyada tüğyan edən yalan xəbər mühiti: Cəmiyyət niyə dezinformasiyaya inanır? – MÜTƏXƏSSİS RƏYİ
Bakı funikulyorunun 66 yaşı tamam olur - FOTOLAR
Meloninin Bakıya gəlməsi Azərbaycana nə qazandıracaq? - EKSPERT
Sürücülərin NƏZƏRİNƏ: Bakıda xüsusi zolaqlara daxil olanlar CƏRİMƏLƏNƏCƏKLƏR












