Azərbaycanda dollar kreditlərinin verilmə qaydası DƏYİŞDİ

Bundan sonra Azərbaycanda xarici valyuta ilə istehlak kreditləri xarici valyutada gəliri olan borcalanlara veriləcək. Avtosfer.az modern.az-a istinadən xəbər verir ki, bu, Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışovun təsdiq etdiyi "Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar"da öz əksini tapıb.
Sənəddə qeyd edilib ki, xarici valyutada istehlak kreditləri xarici valyutada gəliri olan borcalanlara verilir. Xarici valyutada gəliri olmayan borcalanlara xarici valyutada istehlak kreditlərinin təminatı qismində eyni bankda xarici valyutada olan depozitlər (borcalana yaxud üçüncü şəxsə aid) və ya banka girov qoyulmuş bank metalları çıxış etdikdə KTN əmsalı 90%-dən çox olmadıqda xarici valyutada istehlak kreditləri verilir.
KTN əmsalı (kreditin təminata olan nisbəti) kreditin ümumi məbləğinin (əsas borc və kredit müqaviləsi üzrə hesablanacaq faiz borcu) kredit üzrə təminatın bazar dəyərinə nisbəti əmsalıdır.
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?
Xırdalanda tunel tikintisindən sonra növbəti addım nə olacaq? – EKSPERT
TƏBİB Səhiyyə Nazirliyinə verildi: Minlərlə işçini nə gözləyir?
Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF












