Azərbaycanda elmi dərəcə almaq çətinləşib? – Ekspertdən AÇIQLAMA

2025-ci ildə Azərbaycanda elmi dərəcələrin verilməsi və onlardan imtina edilməsi ilə bağlı rəsmi statistika açıqlanıb. Ali Attestasiya Komissiyasının məlumatına görə, ötən il elmlər doktoru və fəlsəfə doktoru dərəcəsi alanların sayı ilə yanaşı, bu dərəcələrdən imtina edilən şəxslərin sayı da diqqət çəkir.
Avtosfer.az xəbər verir ki, 82 nəfər elmlər doktoru elmi dərəcəsi alıb, 37 nəfərə isə həmin dərəcənin verilməsindən imtina olunub. Fəlsəfə doktoru dərəcəsi sahəsində isə 474 nəfər uğur qazanarkən, 284 nəfərin müraciəti rədd edilib. Statistik rəqəmlər göstərir ki, Azərbaycanda elmi dərəcələrin verilməsi prosesi yalnız formal bir prosedur deyil, elmi keyfiyyət və standartların ciddi şəkildə yoxlanması ilə həyata keçirilir.

Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi Avtosfer.az-a bildirib ki, bir çox şəxsin elmi dərəcə almaq üçün müraciətinin rədd olunmasında bir neçə əsas səbəblər var:
“Bunun səbəbləri çoxdur. Lakin ən başlıca səbəb odur ki, əvvəllər elmi dərəcəni almaq istəyən bəzi şəxslər bu adı daha ucuz və asan əldə etməyə cəhd göstərirdilər. Nəticədə həmin ənənəni davam etdirmək istəyən şəxslər ötən il prosedurların çətinləşdiyini gördülər. Artıq elmi dərəcə almaq üçün müraciətlər müvafiq yoxlamalardan keçirilir və müəyyən imtinalar tətbiq olunur. Bəzi şəxslər elmi dərəcəni daha asan əldə etmək istəsələr belə, aparılan tədqiqatlar qoyulan tələblərlə uyğun gəlmirdi, uğurlu deyildi, bəzilərində isə plagiyata rast gəlinmiş və ümumi qaydalara riayət edilməmişdir. Nəticədə müraciətlər rədd olunub”.
Ekspertin sözlərinə görə, imtinalar gələcəkdə elmi nəticələrin artmasına və həqiqətən tədqiqatla məşğul olan alimlərin önə çıxmasına imkan yaradacaq:
“Bu, ölkə elminə töhfə vermək istəyən ambisiyalı gənc alimlərin formalaşmasını da stimullaşdırır və biz bunu müsbət qiymətləndiririk. Elmi dərəcə almaq istəyən şəxslər müvafiq elmi tədqiqat işlərini ciddi şəkildə aparmalı, mövcud qaydalara riayət etməli və beynəlxalq elmi jurnallarda məqalələrini nəşr etdirməlidirlər. Onların apardıqları tədqiqat işləri ölkə elminə, təhsilinə, həmçinin cəmiyyətin və dövlətin rifahına töhfə verməlidir. Bu amillər nəzərə alınmaqla, şəxslər elmi dərəcə əldə edə bilərlər”.
Nurcan Babək
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












