Azərbaycanda güclü zəlzələlərin baş verməsinin səbəbi açıqlanıb

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində “Azərbaycan Seysmoloqlar Assosiasiyası” İctimai Birliyinin həyata keçirtdiyi “Bakı şəhəri Xətai rayonunun seysmik riskinin qiymətləndirilməsi və baş verə biləcək zəlzələlərin ətraf mühitə təsiri imkanlarının araşdırılması” layihəsinə həsr olunan tədbir keçirilib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, tədbirdə çıxış edən mərkəzin seysmologiya şöbəsinin müdiri Tahir Məmmədli ölkə ərazisində seysmik aktivliyin qeyri-bərabər paylandığını deyib. O, ölkədə güclü zəlzələlərin daha çox Şamaxıda, Gəncədə, Naxçıvan Muxtar Respublikasının Ermənistanla həmsərhəd ərazilərində baş verdiyini diqqətə çatdırıb. Şöbə müdiri ölkə ərazisində güclü zəlzələlərin baş verməsinin səbəbini də açıqlayıb. O, bunun iri dərinlik qırılmaları ilə əlaqədar olduğunu vurğulayıb. T.Məmmədli Bakı şəhəri, Xətai rayonu ərazisində olan köhnə, sovet dönəmində tikilən beşmərtəbəli binalarda zəlzələ riskinin böyük olduğunu bildirib. Onun sözlərinə görə, orada ehtimal olunan seysmik təhlükə 8 balla qiymətləndirilir.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












