Azərbaycanda iki qurumun adı dəyişdirildi

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti və Dövlət Fitosanitar Nəzarəti Xidmətinin adları dəyişdirilib.
APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” fərmanında əksini tapıb.
Hər iki qurumun adından “Nəzarət” sözləri çıxarılıb. Beləliklə, bu qurumlar müvafiq olaraq Dövlət Baytarlıq Xidməti və Dövlət Fitosanitar Xidməti adlanacaq.
Bu Fərman 2018-ci il iyulun 1-dən qüvvəyə minir.
Beləliklə, Dövlət Baytarlıq Xidməti və Dövlət Fitosanitar Xidmətinin baytarlıq və fitosanitar sahələrdə nəzarət funksiyasını itirməsi, yalnız bu sahələrdə xidmət göstərməklə məşğul olacağı rəsmiləşib. Bu, həmin sahələrdə nəzarət funksiyasının Qida Təhlükəsizliyi Agentliyinə həvalə olunması ilə bağlıdır.
Qeyd edək ki, Azərbaycan prezidentinin 2017-ci il 13 noyabr tarixli fərmanına əsasən, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə” təsdiq edilib. Qida Təhlükəsizliyi Agentliyi 2018-ci il yanvarın 1-dən etibarən fəaliyyətə başlayıb.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












