Azərbaycanda ilk dəfə avtomobillərin onlayn hərracı işə salınacaq

Azərbaycanda ilk dəfə avtomobillərin onlayn hərracı işə salınacaq. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə “Audatex Azerbaijan” şirkətinin rəhbəri Zakir Kərimzadə deyib. Onun sözlərinə görə, şirkət 29 ölkədə fəaliyyət göstərən “Autoonline” nəqliyyat vasitələrinin hərracı sisteminə qoşulacaq: “Bu, qapalı hərracdır. Saytda korporativ müştərilərin və ya vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə sahib fiziki şəxslərin avtomobilləri satışa çıxarılacaq”. Z.Kərimzadə qeyd edib ki, hərraca sığorta şirkətlərinin avtomobilləri, bankların, eləcə də avtoparkı yeniləmək qərarı almış icarə xidmətlərinin avtomobilləri çıxarılacaq: “Müştərilər digər iştirakçıların təkliflərini görməyəcək. Təkliflərdən asılı olaraq satıcı avtomobili satmaq qərarı verir”. Onlayn hərracın üstünlüklərindən danışan Z.Kərimzadə bildirib ki, bu, ilk növbədə şəffaflığı təmin edəcək. O, əlavə edib ki, pilot layihə müştərilərin biri ilə işə salınacaq və ilk mərhələdə müxtəlif markalı 15 avtomobil hərraca çıxarılacaq.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












