Azərbaycanda kişilərə yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsində problem yaranıb

Azərbaycanda müxtəlif səbəblərdən şəxsiyyət vəsiqələrini dəyişən kişilərə yeni nəsil vəsiqələrin verilməsində problem yaranıb.
“Report” xəbər verir ki, problemlə yeni şəxsiyyət vəsiqəsi almaq üçün “ASAN Xidmət” mərkəzlərinə müraciət edən vətəndaşlar üzləşib.
Söhbət qeydiyyat ünvanı dəyişmiş və nigaha daxil olmuş şəxslərdən gedir. Bu kateqoriyadan olan kişilərə Daxili İşlər Nazirliyinin (DİN) Baş pasport, qeydiyyat və miqrasiya idarəsi tərəfindən yeni nəsil şəxsiyyət vəsiqələrindən verilməsindən imtina olunur və köhnə nəsil vəsiqələr verilir.
“Report"un əldə etdiyi məlumata görə, buna səbəb yeni elektron sistemə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tam, Ədliyyə Nazirliyinin isə qismən qoşula bilməməsidir. Son nəticədə yeni ünvanda qeydiyyata düşmüş və yenicə ailə qurmuş kişilər yeni nəsil şəxsiyyət vəsiqəsi ala bilmirlər.
Qeyd edək ki, verilməsinə bu il sentyabrın 1-dən başlanılmış yeni vəsiqələr elektron imza ilə təchiz edilib. Bununla belə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi xidmət haqqını müəyyən etməməsi ilə əlaqədar elektron imzaların aktivləşdirilməsi də ləngiyir.
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT
Orta Dəhlizin regional inkişafı Azərbaycan üçün nə vəd edir? - POLİTOLOQ
“İçərişəhər”də quraşdırılan panduslar nəyə təsir edəcək? - EKSPERT
Bu yollarda TIXAC VAR - SİYAHI
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO










