Azərbaycanda minik avtomobilləri cüzi ucuzlaşıb

Azərbaycanda bu ilin noyabr ayında minik avtomobilləri 1,1% ucuzlaşıb. Bu müddətdə velosipedlərin qiymətində isə 0,2% artım qeydə alınıb. Avtosfer.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Minik avtomobilləri yanvar ayında 0,3% ucuzlaşıb, fevral, mart, aprel aylarında isə qiymət sabit qalıb, may-iyun aylarında isə hər ay üzrə 0,1% artıb, daha sonrakı ayda isə 0,2% azalma ilə əvəzlənib. Avqust ayında minik avtomobilləri 0,8% bahalaşıb, sentyabr ayında 0,8% ucuzlaşıb, oktyabr ayında isə qiymətlər sabit qalıb.
Velosipedlərin qiyməti isə yanvarda 0,7% artıb, fevralda qiymət sabit qalıb, mart ayında isə yenidən 0,3%, aprel ayında 0,1%, may ayında 0,3%, iyunda 0,2%, iyulda 0,1%, avqustda 0,1% artıb. Sentyabrda 0,2% ucuzlaşma, oktyabrda isə 0,2% bahalaşma qeydə alınıb.
Rəsmi statistikaya əsasən, noyabrda 1 minik avtomobili üçün orta qiymət 34 436 manat, velosiped üçün isə 165 manat təşkil edib.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










