Azərbaycanda müəllim qumbara ilə özünü partlatdı – ŞOK İNTİHAR

Gədəbəydə dəhşətli hadisə baş verib. Avtosfer.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından open.az-a verilən məlumata görə, hadisə rayon mərkəzində qeydə alınıb. Sakinlər şəhər ərazisində güclü partlayış səsi eşidiblər. Dərhal hadisə yerinə təcili tibbi yardım, polis və prokurorluq əməkdaşları cəlb edilib. Hadisə yerindən bir nəfər yaralı dərhal xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb. Araşdırmalar zamanı dünyasını dəyişən şəxsin rayon sakini, 1974-cü il təvəllüdlü Nemət İlyas oğlu Bayramov olması müəyyən edilib. O, “F-1” əl qumbarasını əlində partladaraq intihar edib. Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Onu da qeyd edək ki, intihar edən N. Bayramov peşə liseyində idman müəllimi olub.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










