Azərbaycanda müəllim və şagirdlər arasında kütləvi zəhərlənmə olub

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Şəkiyə səfər edən məktəblilər zəhərləniblər. Avtosfer.az “Report”a istinadən məlumatına görə, “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində bu gün Şəki şəhərində olan aksiya iştirakçılarından - müəllim, Tovuz rayon sakini, 1964-cü il təvəllüdlü Sahibə Həsən qızı Əliyeva, şagirdlər - Göygöl rayon sakini, 2002-ci il təvəllüdlü Ələsgər Rac oğlu Əliyev, Tovuz rayon sakini, 2003-cü il təvəllüdlü Emil Vüqar oğlu Alşanov, Göygöl rayon sakini, 2002-ci il təvəllüdlü Ayxan Nizami qızı Süleymanlı, Ağdaş rayon sakini, 2002-ci il təvəllüdlü Tabutay Eldəniz oğlu Hüseynli, Ağdaş rayon sakini, 2003-cü il təvəllüdlü Şəlalə Şirin qızı Kərimova zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Xəstəxanadan verilən məlumata görə, müayinə zamanı məlum olub ki, tur-aksiya iştirakçıları bu gün səhər saatlarında Qəbələ rayonunda qaldıqları otellərdən birində səhər yeməyi yedikdən sonra Şəkiyə gəliblər. Bir müəllim və 5 şagirddə qida zəhərlənməsi baş verib. Onlara xəstəxanada lazımi tibbi yardımlar göstərildikdən sonra vəziyyətləri qənaətbəxş olduğundan nəzarətdə olmaq şərti ilə evə buraxılıblar.
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar












