Azərbaycanda nadir tapılan sürücü axtarışa verildi - FOTO

Dünəndən sosial şəbəkələrdə bir avtobus sürücüsünün təqdirəlayiq adımını əks elətdirən fotoşəkil paylaşılır. Belə ki, gediş haqqının 30 qəpiyə qalxdığı bir zamanda həmin sürücü məktəblilər üçün maraqlı kampaniya başladıb. Sürücü avtobusun salonuna “5 alan şagirdlərə gediş haqqı pulsuzdur” elanı asıb. Avtosfer.az xəbər verir ki, bu addım müsbət qarşılansa da, həmin sürücünün kimliyi, hansı marşrut xəttində fəaliyyət göstərməsi haqqında məlumat yoxdur. Aidiyyəti qurumlar, o cümlədən, Bakı Nəqliyyat Agentliyi (BNA) və Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) sözügedən sürücünün kimliyini müəyyən etmək üçün axtarışa başlayıb. BNA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev sosial şəbəkələrdə yayılan fotoda marşrut xəttinin nömrəsinin, avtobusun dövlət qeydiyyat nişanının görünmədiyini xatırladıb. Mais Ağayev sözügedən marşrutun Bakıda və Sumqayıtda deyil, regionlarda fəaliyyət göstərdiyini düşünür. DANX-ın mətbuat katibi Nuridə Allahyarova da həmin sürücünü axtardıqlarını söyləyib. O qeyd edib ki, Bakı və Sumqayıt istiqamətində hərəkət edən avtobuslarda bu elana rast gəlinməyib: “Çox güman ki, bu, rayonlararası marşrut xətlərindən birinin avtobusudur. Sürücünün kimliyi bəlli olduqda ictimaiyyətə məlumat veriləcək”.

Modern.az
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












