Azərbaycanda nəqliyyat sahəsində yeni dövlət standartları qəbul edilib

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) nəqliyyat sektorunda təhlükəsizliyin, ekoloji göstəricilərin və texniki uyğunluğun artırılması məqsədilə yeni dövlət standartları qəbul edib.
Avtosfer.az bu barədə AZSTAND-a istinadən xəbər verir.
Bildirilib ki, qəbul olunan sənədlər BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) müvafiq qaydaları əsasında hazırlanıb:
AZS ECE 21:2026 "Nəqliyyat vasitələrinin daxili avadanlığı ilə bağlı təsdiqinə dair vahid müddəalar";
AZS ECE 51:2026 "Səs səviyyəsi baxımından ən azı 4 təkərə malik mexaniki nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid müddəalar";
AZS ECE 85:2026 "Faydalı gücün və elektrik dartı sisteminin 30 dəqiqəlik maksimal gücünün ölçülməsi baxımından M və N kateqoriyalı mexaniki nəqliyyat vasitələrinin hərəkətə gətirilməsi üçün nəzərdə tutulan daxili yanma mühərriklərinin və ya elektrik dartı sistemlərinin rəsmi təsdiqinə dair vahid müddəalar";
AZS ECE 16:2026 "Təsdiq üçün vahid müddəalar: I. Mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sərnişinləri üçün təhlükəsizlik kəmərləri, saxlayıcı sistemlər, uşaq saxlayıcı sistemləri və ISOFIX uşaq saxlayıcı sistemləri; II. Təhlükəsizlik kəmərləri, təhlükəsizlik kəməri xatırlatma sistemləri, saxlayıcı sistemlər, uşaq saxlayıcı sistemləri, ISOFIX uşaq saxlayıcı sistemləri və i-ölçülü uşaq saxlayıcı sistemləri ilə təchiz edilmiş nəqliyyat vasitələri".
Bu dövlət standartları təhlükəsizlik kəmərləri və uşaq tutucu sistemlərinə dair tələbləri, nəqliyyat vasitələrinin səs səviyyəsinə dair normativləri, daxili yanma mühərriklərinin və elektrik dartı sistemlərinin faydalı gücünün ölçülməsi qaydalarını, həmçinin minik avtomobillərinin arxa görünüş güzgüsü və ya güzgülər istisna olmaqla salonun daxili hissələrinə, idarəetmə elementlərinin düzülüşünə, dam və açılan dama, eləcə də oturacaqların arxalığına və arxa hissələrinə dair tələbləri əhatə edir.
Sözügedən dövlət standartı layihələri Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin sədrlik etdiyi "Yol nəqliyyatı" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 19) təqdimatı əsasında qəbul edilib və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












