Azərbaycanda ölmüş şəxslərin ekshumasiyası qaydaları açıqlanıb

Azərbaycanda ölmüş şəxslərin ekshumasiyası qaydaları açıqlanıb. Avtosfer.az xəbər verir ki, bu, “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda əksini tapıb. Sənəddə bildirilib ki, ölmüş şəxsin prosessual ekshumasiyası məhkəmənin qərarı əsasında həyata keçirilir.
Ölmüş şəxsin qeyri-prosessual ekshumasiyasına aşağıdakı hallarda yol verilir:
1.Elmi-tədqiqat və elmi yaradıcılıq fəaliyyətinin həyata keçirilməsi zamanı,
2. qəbrin köçürülməsi ilə bağlı,
3. dəfn olunmuş hərbi qulluqçuya və toplanışa çağırılmış hərbi vəzifəliyə “Şəhid” adı verildikdən sonra onun Şəhidlər xiyabanında basdırılmasına dair valideynlərinin, habelə digər yaxın qohumlarının və ya qanuni nümayəndələrinin müraciəti olduqda,
4. ölmüş şəxsin qohumlarının, qanuni nümayəndələrinin və ya onların dəfni ilə bağlı xərcləri çəkmiş digər şəxslərin arzusu ilə.
Ölmüş şəxsin qeyri-prosessual ekshumasiyasına çürümə və minerallaşma prosesləri zəif gedən yaş qrunt ərazidə 3 ildən, qumlu quru qrunt ərazidə isə 1 ildən tez olmayaraq icazə verilir. Ölmüş şəxsin qeyri-prosessual ekshumasiyası qəbiristanlığın müdiriyyətinin iştirakı ilə həyata keçirilir. Ekshumasiyadan sonra qəbir yerləri dezinfeksiya olunmalı və torpaqla örtülməlidir. Ekshumasiyadan sonra meyit və ya onun qalıqları həmin qəbir yerində təkrar basdırıldıqda tələblər gözlənilməlidir.
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR
Bu yollarda tıxac VAR - SİYAHI
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO












