Azərbaycanda sərnişinlər ən çox avtobuslardan istifadə edir

2018-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 151,8 milyon ton yük daşınıb və 2017-ci ilin müvafiq dövrünə nisbətən 1,2 faiz artım müşahidə olunub. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, yüklərin 3,7 faizi dəniz, 6,0 faizi dəmir yolu, 0,1 faizi hava, 65,0 faizi avtomobil nəqliyyatı, 25,2 faizi isə boru kəməri ilə daşınıb. Hesabat dövründə nəqliyyatçılar 1 milyard 279,1 milyon nəfərə və ya 2017-ci ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 88,0 faizi avtomobil nəqliyyatı, 11,8 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb. Dəmir yolu nəqliyyatı ilə 2018-ci ilin yanvar-avqust ayları ərzində 9,1 milyon ton yük, 1 milyon 766,3 min sərnişin, dəniz nəqliyyatı ilə 5 milyon 559,7 min ton yük, 10,9 min nəfər sərnişin daşınıb. Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 98,8 milyon ton yük, 1 milyard 125,3 milyon sərnişin daşınıb. Sərnişinlərin 96,1 faizi avtobus, 3,9 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 150,4 milyon nəfər olub. Hava nəqliyyatı ilə 1 milyon 687,3 min sərnişin daşınıb.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












